Futbol üzrə Fransa çempionatında 12-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Əvvəlcə çempionatın iki aşkar autsayderi – “Mets” və “Sent-Etyen” qarşılaşıb. Qələbəyə həsrət olan “Sent-Etyen” bu görüşdə də 1 xalla kifayətlənməli olub.

Günün digər matçı Lion “Olimpik”i ilə “Lans” arasında baş tutub. Üç qolun qeydə alındığı bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Fransa Liqa 1
12-ci tur
29 oktyabr

PSJ – Lill 2:1
Qol: Markinyos, 74. Di Mariya, 88 – David, 31.

30 oktyabr

Mets – Sent-Etyen 1:1
Qol: Bulaya, 9 – Xazri, 16.

Olimpik (Lion) – Lans 2:1
Qol: Ekambi, 25-pen. Auar, 41 – Kalimuendo, 61.

31 oktyabr

16:00. Anje – Nitsa
18:00. Bordo – Reyms
18:00. Monpelye – Nant
18:00. Strasburq – Loryan
18:00. Trua – Renn
20:00. Brest – Monako
23:45. Klermon – Olimpik (Marsel)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp