Futbol üzrə İsveçrə çempionatında 12-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Sürix”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.

“Bazel” 12 turdan sonra 26 xalla 10 kollektiv arasında zirvədə qərarlaşıb.

“Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp