“Qarabağ”a qarşı matçda zədələnən “Neftçi”nin futbolçusu Ömər Buludovun durumuna aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, belindən xəsarət alan 23 yaşlı müdafiəçi stadiondan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

İlkin müayinədən sonra oyunçuda sınıq aşkarlanmayıb. Onun hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı sabah dəqiqləşəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp