Futbol üzrə İtaliya A Seriyasında 11-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bazar günü altı qarşılaşma baş tutub.

“Cenoa” – “Venetsiya” matçında hesab açılmayıb. “Sassuolo” evdə “Empoli”yə uduzub. “Fiorentina” isə “Spetsiya”nı darmadağınla yola salıb.

Son çempion “İnter” doğma meydanda “Udineze” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib. Lider “Napoli” də səfərdə “Salernitana”nı minimal hesabla üstələyib.

Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Milan” “Roma”nın qonağı olub. Üç qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası
11-ci tur
30 oktyabr

Atalanta – Latsio 2:2
Qol: Sapata, 45+1. De Roon, 90+4 – Pedro, 18. İmmobile, 74.

Verona – Yuventus 2:1
Qol: Simeone, 11; 14 – Makkenni, 80.

Torino – Sampdoriya 3:0
Qol: Praet, 17. Sinqo, 52. Belotti, 90+3.

31 oktyabr

İnter – Udineze 2:0
Qol: Korrea, 60; 68.

Cenoa – Venetsiya 0:0

Sassuolo – Empoli 1:2
Qol: Tonelli, 43-öz qapısına – Pinamonti, 83-pen. Zurkovski, 90+2.

Fiorentina – Spetsiya 3:0
Qol: Vlahoviç, 44-pen; 62; 74.

Salernitana – Napoli 0:1
Qol: Zelinski, 61.

Roma – Milan 1:2
Qol: El Şaaravi, 90+3 – İbrahimoviç, 26; Kessye, 57-pen.

1 noyabr

22:45. Bolonya – Kalyari

Shares: