Polşanın “Legiya” klubunun azarkeşləri İngiltərədə “Lester Siti”yə 1:3 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununda iğtişaşlar törədib.

Futbolinfo.az xəbər verir ki, Varşava təmsilçisinin fanatları qarşılaşmanın ikinci hissəsində pirotexniki vasitələrdən istifadə edib və “Lester Siti” azarkeşlərinin olduğu sektora keçməyə çalışıblar.

Fanatlar onları sakitləşdirməyə çalışan polis əməkdaşlarına da hücum ediblər.

“Legiya”nın azarkeşlərinin bu davranışına görə UEFA tərəfindən cərimələnəcəyi gözlənilir.

“Legiya”da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir. 24 yaşlı hücumçu həmin qarşılaşmada penaltidən yararlana bilməyib.

Shares: