Futbol üzrə Avropa Liqasında və Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasında Portuqaliyanın “Braqa” komandasında çıxış edən Qalenonun qolu azarkeşlərin sorğusuna əsasən birinci olub.
Onun Danimarka təmsilçisi “Midtyulland”la matçın 85-ci dəqiqəsində endirdiyi zərbə baxımlı alınıb. Görüş “Midtyulland”ın qələbəsi ilə yekunlaşıb – 3:2.
Avropa Konfrans Liqasında isə Kiprin “Omoniya” klubunun futbolçusu Xordi Qomesin Bakıda “Qarabağ”a vurduğu qol ən yaxşı adına layiq görülüb. İspaniyalı oyunçu 90-cı dəqiqədə bərabərlik qoluna imza atıb – 2:2.