Dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Azərbaycan milli komandasının baş məşqçisinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə
- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat)
- AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi
- Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması
- Digər məsələlər