“Zirə”nin niderlandlı yarımmüdafiəçisi Məhəmməd Hamdauinin futbolinfo.az saytına müsahibəsi

  • “Zirə” “Sumqayıt” üzərində asan qələbə qazandı…
  • Asan oyun olduğunu düşünmürəm, amma biz yaxşı oynadıq. Rəqib pressinq edərkən yaxşı oynadıq və nəticədə qələbə və 3 xalı qazandıq.
  • Sanki artıq komanda özünü tam tapıb və uğurlu seriyanı davam etdirir…
  • Yaxşı iş görürük. Lakin bununla kifayətlənmək olmaz. Daha çoxunu etmək istəyirik. İndiki ilə qane deyilik.
  • Daha çoxunu əldə etmək üçün nə lazımdır?
  • Bəli, əlbəttə, biz hər həftə oyunumuzu inkişaf etdiririk. Fikrimcə, daim inkişaf etməyə ehtiyacımız var.
  • Rəşad Sadıqovun əvvəl çalışdığın məşqçilərdən fərqi nədir?
  • Daha əvvəl dediyim kimi, o, bizə çox güvənən və yaxşı futbol oynamağımıza imkan verən məşqçidir. Məhz bu, onu digərlərindən fərqləndirir.
  • İkinci pillədəsiz. Bu yeri qorumağa gücünüz çatacaq?
  • Qış fasiləsinə 2-ci yerdə gedə bilsək, məncə, hər şey qaydasında olar. Son 2 oyunda qalib gəlmək üçün əlimizdən gələn hər şeyi edəcəyik.
  • Artıq mövsümün ilk yarısı başa çatır. Çempionatın ilk dönəmini necə dəyərləndirirsən?
  • Çətin liqadır, amma bizim yaxşı futbol oynamağımızla mən də yaxşı çıxış edə bilərəm.

AĞA

Shares: