Portuqaliya çempionatının 12-ci turunda koronavirus səbəbiylə “Benfika” qarşısına 9 futbolçu ilə çıxaraq məğlub olan “Belenenseş”də “Omikron” ştammına rast gəlinib.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliyanın milli səhiyyə institutunun direktoru Rikardo Jorge “Belenenseş”in üzvlərində koronavirusun “Omikron” ştammının əlamətlərinin olduğunu açıqlayıb.

Jorge “Belenenseş”də aparılan təhlillərdən sonra 13 futbolçuda “Omikron” ştammının aşkarlandığını və bunun Portuqaliyada ilk olduğunu bildirib.

Shares: