Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva “Spartak”ı ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Azər də bu görüşün iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb, 88-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.

“Ufa” 16 turdan sonra 16 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Shares: