Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Ayazın komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Arsenal” geridə qalan 16 turda 16 xal toplayıb və 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Shares: