Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, komandamız Bakıda Monteneqro yığması ilə qarşılaşıb.
“Dalğa Arena”da baş tutacaq qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edib. Oyun millimizin 1:0 hesablı qələbəsiylə başa çatıb. Bu, Azərbaycan yığmasının seçmə mərhələdəki ilk qələbəsidir.
Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv əvvəlki beş oyunun hamısından məğlub ayrılmışdı. Azərbaycan milli komandası Rusiyaya (səfərdə 0:2, evdə 0:4), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzmuşdu.
DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
30 noyabr
Azərbaycan – Monteneqro 1:0
Qol: Ayşən Əhmədova, 24.
Hakimlər: Emanuela Rusta, Erinda Kume, Miryeta Salla, Soada Tuşay (hamısı Albaniya).
Bakı. “Dalğa Arena”.
Xal durumu: Danimarka – 15, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 4, Malta – 4, Azərbaycan – 3.