İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin kapitanı Lorenso Pelleqrini zədələnib.

O, A Seriyasının 14-cü turu çərçivəsində baş tutan “Torino” ilə ev oyununda sıradan çıxıb. 25 yaşlı futbolçunun bud əzələsində zədə aşkarlanıb. İtaliya mətbuatının yazdığına görə, millinin də üzvü olan Pelleqrini bu zədəyə görə təxminən 4-5 həftə yaşıl meydanlardan kənarda qalmalı olacaq. Onun ən yaxşı halda yanvarın ortalarında sıraya dönməsi ehtimal olunur.

Lorenso Pelleqrini bu mövsüm “Roma”nın heyətində A Seriyası çərçivəsində meydana çıxdığı 13 oyunda 5 qola imza atıb.

Shares: