Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun oyunlarında bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərin xatirəsi anılacaq.

Futbolinfo.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov açıqlayıb.

Onun verdiyi məlumata görə, yüksək liqa matçları ilə yanaşı, Birinci Divizionunun sabah keçiriləcək 3 görüşündə də 1 dəqiqəlik sükut elan olunacaq.

“Bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərimizin ailələrinə və xalqımıza dərin hüznlə baş sağlığı veririk”, – PFL rəsmisi bildirib. (Report)

Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Premyer Liqada 13-cü turun oyunları 4-5 dekabrda gerçəkləşəcək.

Shares: