“Həmin epizodu hamı gördü. Yüz faizlik penalti idi” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov deyib.
Forvard Azərbaycan Premyer Liqasının 12-ci turunda “Qarabağ”la matçın 69-cu dəqiqəsində rəqib müdafiəçi Kevin Medinanın ona qarşı kobud oynamasından danışıb: “Epizod idi, oldu, futbolda belə hallar həmişə var. Hakimlə də heç bir şey danışmadım, çünki o da insandır və səhv etməsi normaldır”.
Əslində, Ülvi dediyinin yalan olduğunun fərqindədi. Bəli, sözügedən epizodda ona sillə vuran Medina meydandan qovulmalıydı, lakin epizod penalti deyildi, əksinə, İsgəndərov daha öncə özü kobudluq etmişdi.