İspaniyanın “Barselona” klubunun sabiq baş məşqçisi Kike Setyenin Kataloniya təmsilçisindən alacağı təzminatın məbləği bəlli olub.

Futbolinfo.az xəbər verir ki, klub vaxtından əvvəl istefaya göndərdiyi 63 yaşlı mütəxəssisə 4 milyon avro ödəyəcək.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Daha əvvəl Setyenin məhkəmədə qələbə qazanacağı təqdirdə klubdan 14 milyon avro alacağı iddia olunurdu.

Xatırladaq ki, Kike Setyen 2020-ci ildə “Barselona”ya rəhbərlik edib. Lakin uğursuz nəticələr səbəbindən vaxtından əvvəl istefaya göndərilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp