Azərbaycan Premyer Liqasında 12 tur arxada qalıb. Daha 2 həftə matçlar oynanılacaq və klublar mövsümü yarılayacaq. Amma 5 turu reallaşan 2-ci dövrə bəzi komandalar üçün uğursuz alındı. İlk dövrədə başabaş mübarizə izləyirdiksə, artıq komandaların əsl gücü bəlli olur.

Maraqlıdı ki, ikinci dövrədəki göstəricilərinə görə “Sabah” liderliyi ələ alıb. Bu komanda hətta yarışın lideri “Qarabağ”dan da daha yaxşı nəticələr qazanıb. Həftəsonu bu komandaların əyani dueli baş tutacaq. Murad Musayevin yetirmələri yenilməsə, mövsümün startında itirilən xallara görə daha çox təəssüflənəcəklər.

Oxşar nəticələr göstərən “Zirə”ylə “Qəbələ” də bu tur üz-üzə gələcək. Sıçrayış etmiş “Sabah”ı nəzərə almasaq, onların durumu ümumi turnir cədvəlindəki vəziyyətlərinin eynidi. İkinci dövrədə ardıcıl 3 məğlubiyyətlə xeyli geriləyən “Neftçi” yalnız 1 qələbəsi olan 3 komandanı qabaqlayır. Onların arasında dibə enmiş “Sumqayıt”ın durumu təəssüf doğurur.

Maraqlıdı ki, ikinci dövrənin reallaşmış 20 oyununda 62 qol vurulub və cəmi 2 heç-heçə qeydə alınıb. “Sabah” məğlubiyyət görməyən yeganə komandadı.

Sabah ——- 5 4 1 0 13-6 13
Qarabağ —- 5 3 1 1 10-3 10
Zirə ———- 5 3 1 1 12-6 10
Qəbələ ——- 5 3 1 1 8-6 10
Neftçi ——– 5 2 0 3 6-10 6
Keşlə ——– 5 1 0 4 6-10 3
Səbail ——- 5 1 0 4 4-9 3
Sumqayıt — 5 1 0 4 3-12 3

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp