Dekabrın 4-dən 6-dək Bakıda, 6-dan 10-dək isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Futbolinfo.az xəbər verir ki, milli hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. U-18 dekabrın 7-də və 9-da BƏƏ-nin U-18 komandası ilə qarşılaşacaq.

Hazırlıq prosesinə 25 futbolçu dəvət olunsa da, 22 nəfərlik yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək.

Milliyə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Həsənov Sahib – Keşlə
  2. Feyzullayev Xəyal – Sumqayıt
  3. Kazımlı Rəvan – Neftçi
  4. Rüstəmov Emin – Səbail
  5. Xeyrullayev Fariz – Neftçi
  6. Ramazanov İbrahim – Qəbələ
  7. Bagiev Sadiq – Kuban (Rusiya)
  8. Rəşidov Nuğay – Qəbələ
  9. Məmmədzadə Hüseyn – Neftçi
  10. Məmiyev İxtiyar – Qəbələ
  11. Süleymanlı Ayxan – Zirə
  12. Abbasov Rüfət – Neftçi
  13. Quliyev Bahadur – Neftçi
  14. Axundzadə Nəriman – Qarabağ
  15. Əliyev Xəyal – Sabah
  16. Səfərov Qurban – Keşlə
  17. Şahniyarov Şahin – Qəbələ
  18. Kələntərov Fərid – Qəbələ
  19. Əbilov Elcan – Neftçi
  20. İsmayılov Nicat – Qarabağ
  21. Ağayev Mahmud – Zirə FK
  22. Əliyev Nahid – Moskovskaya Zastava (Rusiya)
  23. Əliyev Məhəmməd – Səbail
  24. Salyanski Ağadadaş – Neftçi
  25. Aşurov Şahmar – Sabah
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp