Polşanın “Legiya” komandasının qış hazırlıq planı bəlli olub.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi sözügedən kollektiv təlim-məşq toplanışını Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirəcək.

Bu barədə Varşava təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yanvarın 6-dan 22-dək davam edəcək hazırlıq prosesində 3 yoxlama matçının keçirilməsi nəzərdə tutulub.

“Legiya” Polşa Ekstraklasasında 16 turdan sonra 12 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp