AFFA İcraiyyə Komitəsinin iclasında VAR layihəsi üçün 500 min ABŞ dolları məbləğində maliyyə vəsaitinin ayrılması təsdiq olundu. VAR sisteminin tətbiqi ucuz başa gəlmir. Amma belə baha da yox. Bununla bağlı “Sportinfo”dan olan həmkarlarımız qısa araşdırma aparıb və məlum olub ki…

Ukraynada VAR sistemi təxminən 2 ildi tətbiq olunur. Bu ölkənin çempionatında 16 komanda çıxış edir, Azərbaycan çempionatında isə vur-tut 8 klub. Deməli, Ukraynada VAR sisteminin tətbiqi baha başa gəlməlidi, nəinki Azərbaycanda.

Amma Ukrayna hakimlər komitəsinin sədri Luçano Luci 2019-cu ildə mətbuata verdiyi açıqlamada VAR sisteminin tətbiqinə 240 min avro vəsait sərf olunacağını (https://football.ua/ukraine/409240-stala-izvestna-stoimost-ustanovki-sistemy-var-na-odin-stadion.html) bildirib. 240 min avro təxminən 480 min manat edir. AFFA 8 komandanın iştirak etdiyi Azərbaycan çempionatında VAR sisteminin tətbiqi üçün 500 min dollar ayırıb. Təxminən 850 min manat.

Əcəba, niyə?

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp