“Qarabağ” ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina zədələnib.

Kolumbiyalı müdafiəçi ötən gün məşq zamanı ayaq əzələsini dartıb. Bu səbəbdən Medina Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutan “Keşlə” ilə matçı buraxmaq məcburiyyətində qalıb.

Medinanın dekabrın 9-da Konfrans Liqasının qrup mərhələsi çərçivəsində İsveçrədə baş tutacaq “Bazel”lə oyunda iştirakı sual altındadır. Buna təkrar müayinələrdən sonra aydınlıq gələcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp