Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Turun açılış matçında lider “Çelsi” səfərdə “Vest Hem”in qonağı olub. Beş qolun qeydə alındığı matç London təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

“Mançester Siti” “Uotford”u, “Liverpul” isə “Vulverhempton”u sınağa çəkib. Liderin xal itkisindən maksimum yararlanan “Mançester Siti” ilə “Liverpul” qələbə qazanmaqla “Çelsi”ni üçüncü pilləyə yuvarlayıblar. “Sauthempton” – “Brayton” matçında qalib müəyyənləşməyib. “Nyukasl” isə “Bernli”ni minimal hesabla üstələyib.

İngiltərə Premyer Liqası
15-ci tur
4 dekabr

Vest Hem – Çelsi 3:2
Qol: Lanzini, 40. Bouen, 56. Masuaku, 87 – T.Silva, 28. Maunt, 44.

Vulverhempton – Liverpul 0:1
Qol: Oriqi, 90+4.

Nyukasl – Bernli 1:0
Qol: Uilsin, 40.

Sauthempton – Brayton 1:1
Qol: Broxa, 29 – Maupay, 90+8.

Uotford – Mançester Siti 1:3
Qol: Kuço, 74 – Sterlinq, 4. B.Silva, 31; 63.

5 dekabr

18:00. Lids – Brentford
18:00. Mançester Yunayted – Kristal Pelas
18:00. Tottenhem – Norviç Siti
20:30. Aston Villa – Lester Siti

6 dekabr

00:00. Everton – Arsenal

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp