Futbol üzrə Almaniya Bundesliqasında 14-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri bu gün baş tutub.

“Arminiya” – “Köln” matçında qalib müəyyənləşməyib. “Auqsburq” evdə “Bohum”a məğlub olub.

“Bayer” doğma meydanda “Qroyter”ə, “Maynts” isə “Volfsburq”a böyük hesabla qalib gəlib.

Turun mərkəzi görüşündə lider “Bayern” səfərdə ən yaxın izləyicisi Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Mönhenqladbax “Borussiya”sı bu turda “Frayburq”u sınağa çəkəcək.

Almaniya Bundesliqası
14-cü tur
3 dekabr

Union Berlin – Leyptsiq 2:1
Qol: Avoniyi, 6. Baumqartl, 57 – Nkunku, 13.

4 dekabr

Arminiya – Köln 1:1
Qol: Lasme, 59 – S.Özcan, 17.

Auqsburq – Bohum 2:3
Qol: Qreqoritş, 57. Kaliciuri, 86 – Polter, 23; 45+2. Holtmann, 40.

Bayer – Qroyter 7:1
Qol: Adli, 12. Tapsoba, 17. Hinkapye, 45. Şik, 49; 69; 74; 76 – Dudjyak, 33.

Maynts – Volfsburq 3:0
Qol: Burkardt, 2. Stax, 4. Lakrua, 90-öz qapısına.

Borussiya (Dortmund) – Bayern 2:3
Qol: Brandt, 5. Haland, 48 – Levandovski, 9; 77-pen. Koman, 44.

5 dekabr

18:30. Ştutqart – Herta
20:30. Borussiya (Mönhenqladbax) – Frayburq

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp