“Keşlə”nin futbolçusu Felipe Santos Premyer Liqada “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, “instaqram” hesabında paylaşım edən braziliyalı yarımmüdafiəçi, bunları qeyd edib:

“Vurduğum qola görə şadam, amma nəticəyə görə yox. Hansı ki, son dəqiqədə qələbəni əldən verdik. Hələ 2021-ci il bitməyib. Sona qədər mübarizə aparacam”.

“Keşlə” – “Səbail” matçı 2:2 hesabıyla bitib. Felipe bu oyunda penaltidən fərqlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp