Futbol üzrə İsveç çempionatının qalibi məlum olub.

Futbolinfo.az xəbər verir ki, sonuncu – 30-cu turda doğma meydanda “Halmstad”la oyundan qolsuz heç-heçə ilə ayrılan “Malmö” çempion olub.

“Malmö” ilə yanaşı, AİK də çempionatı 59 xalla bitirib. Hansı ki, bu komanda həlledici turda doğma meydanda “Sirius”dan üstün olub – 4:2. Şəxsi oyunlarda üstün olan “Malmö” mövsümün qalibi elan olunub. AİK isə gümüş medallarla kifayətlənib.

Bürünc medallar “Yurqarden”ə qismət olub. Bu komanda son turda “Haken”lə səfər oyunundan 1:0 hesabıyla qalib ayrılıb.

“Malmö” tarixində 22-ci dəfə İsveç çempionu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp