Futbol üzrə İran çempionatında 8-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu doğma meydanda “Aluminium Arak”la qarşılaşıb. “Traktorçular” bu oyundan məğlubiyyətlə ayrılıblar – 0:2.
“Traktor” 8 turdan sonra 8 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.