Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Lids” – “Brentford” matçında qalib müəyyənləşməyib. “Mançester Yunayted” “Kristal Pelas”la ev oyununda minimal hesabla üstün olub. “Tottenhem” isə “Norviç Siti”ni 3 cavabsız qolla yenib. Səfərdə “Aston Villa” ilə qarşılaşan “Lester Siti” bu dəfə də məğlubiyyətə üzülüb.
Tura “Everton” – “Arsenal” matçıyla yekun vurulacaq.
İngiltərə Premyer Liqası
15-ci tur
4 dekabr
Vest Hem – Çelsi 3:2
Qol: Lanzini, 40. Bouen, 56. Masuaku, 87 – T.Silva, 28. Maunt, 44.
Vulverhempton – Liverpul 0:1
Qol: Oriqi, 90+4.
Nyukasl – Bernli 1:0
Qol: Uilsin, 40.
Sauthempton – Brayton 1:1
Qol: Broxa, 29 – Maupay, 90+8.
Uotford – Mançester Siti 1:3
Qol: Kuço, 74 – Sterlinq, 4. B.Silva, 31; 63.
5 dekabr
Lids – Brentford 2:2
Qol: Roberts, 27. Bemford, 90+5 – Baptiste, 54. Kanos, 61.
Mançester Yunayted – Kristal Pelas 1:0
Qol: Fred, 77.
Tottenhem – Norviç Siti 3:0
Qol: Moura, 10. Sançes, 67. Son, 77.
Aston Villa – Lester Siti 2:1
Qol: Konsa, 17; 54 – Barnes, 14.
6 dekabr
00:00. Everton – Arsenal