Futzal üzrə Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, dekabrın 12-dən 20-dək (dekabrın 12-də Bakı İdman Sarayında, dekabrın 13-dən isə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi) davam edəcək toplanışa baş məşqçi Joze Alesio Da Silva 15 futzalçı dəvət edib.

Qeyd edək ki, hər iki oyun Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.

  1. Rövşən Hüseynli – Araz (Naxçıvan)
  2. Ramiz Çovdarov Araz (Naxçıvan)
  3. İsa Atayev – Araz (Naxçıvan)
  4. Xətai Bağırov – Araz (Naxçıvan)
  5. Rizvan Fərzəliyev – Araz (Naxçıvan)
  6. Amir Şocaei – Araz (Naxçıvan)
  7. Nurlan Mehdizadə – Araz (Naxçıvan)
  8. Cavad Məmmədov – Neftçi İK
  9. Emin Kürdov – EKOL
  10. Tofiq Mikayılov – EKOL
  11. Xəzər Ağalızadə – U-19
  12. Rafael Vilela – Palma Futsal (İspaniya)
  13. Fineo De Arauxo – Sportinq Paris (Fransa)
  14. Tyaqo Teles Martins – ACCS FUTSAL (Fransa)
  15. Everton Kardozo – Levante U.D. (İspaniya)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp