Portuqaliyanın “Portu” klubunun futbolçusu Pepe koronavirusa yoluxub.
Futbolinfo.az xəbər verir ki, müdafiəçi bu səbəbdən Çempionlar Liqasının qrup mərhələsinin “Atletiko” ilə matçını buraxacaq.
Bu barədə “Portu”nun baş məşqçisi Serjio Konseysao yerli mətbuata məlumat verib.
Bu gün keçiriləcək “Portu” – “Atletiko” matçı saat 00:00-da başlayacaq.