Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qəbələ” ilə oyunda zədələnən “Zirə”nin futbolçusu Nemanya Ancelkoviçin durumuna aydınlıq gəlib.

Futbolinfo.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin sağ ayağının tibia sümüyündə qırıq aşkarlanıb.

Serbiyalı oyunçu gələn il ölkəsində əməliyyat olunacaq. Onun 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlayacağı ehtimal olunur.

Xatırladaq ki, “Qəbələ” ilə qarşılaşma “Zirə”nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Shares: