“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, o, Avropa Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Ukraynanın “Zarya” (Luqansk) və Norveçin “Bodo Qlimt” komandaları arasında keçiriləcək oyunun UEFA nümayəndəsi olacaq.

Dekabrın 9-da Zaporojye şəhər stadionunda oynanılacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Shares: