İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Mateo Kovaçiçdə koronavirus aşkarlanıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Tuxel açıqlama verib.
O, UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Rusiya “Zenit”inə qarşı keçirəcəkləri matçdan öncə baş tutan mətbuat konfransında xorvatiyalı futbolçudan götürülmüş koronavirus testinin pozitiv çıxdığını diqqətə çatdırıb. 27 yaşlı yarımmüdafiəçi karantinə alınıb.
Sabah Sankt-Peterburqda baş tutacaq “Zenit” – “Çelsi” matçına Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.