İtaliyanın “Udineze” klubu baş məşqçisi Luka Qottini istefaya göndərib.

Futbolinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

54 yaşlı mütəxəssis komandanın uğursuz nəticələri ilə əlaqədar qovulub.

Qotti 2019-cu ildən “Udineze”də işləyirdi. Komanda A Seriyasında 16 turdan sonra 16 xalla 14-cü pillədə qərarlaşıb.

Shares: