“Kəpəz” Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Bakıda qarşılaşacağı “Sabah” ilə oyuna paytaxtda hazırlaşacaq.

Futbolinfo.az xəbər verir ki, Birinci Divizionun 11-ci turu çərçivəsində MOİK ilə görüşdən sonra komanda Gəncəyə qayıtmayaraq Bakıda qalıb. “Sarı-göylər” məşqlərini “Dalğa Arena”da keçirəcəklər.

Dekabrın 11-də keçiriləcək “Sabah” – “Kəpəz” oyunu saat 18:00-da başlayacaq.

Shares: