“Qəbələ”nin gənc futbolçusu Rüfət Əhmədov fevral ayında yaşıl meydanlara qayıdacaq. Bu barədə futbolinfo.az-a futbolçunun özü məlumat verib.
O bildirib ki, hazırda fərdi məşqlər edir: “Özümü yaxşı hiss edirəm və yavaş-yavaş sağalıram. Məşqlərə başlamışam. Fərdi məşqlərlə kifayətlənirəm. Böyük ehtimalla fevral ayında meydanlara qayıda biləcəm”.
Qeyd edək ki, Rüfət Əhmədov avqustun 21-də “Qəbələ”nin “Keşlə” üzərində 2:1 hesablı qələbə qazandığı matçda ağır zədə almışdı. O, Almaniyada əməliyyat olunmuşdu.