“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “Bazel”ə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün İsveçrədə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Son çempionat matçından sonra bütün fikirlərimiz “Bazel”lə oyuna yönəlib. Oyuna yaxşı hazırlaşmışıq. Rəqibi yaxşı analiz etmişik. Sabahkı görüşdə hər iki komandadan yaxşı oyun gözləyirəm”.