Polşanın “Legiya” komandası Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Spartak”a (Moskva, Rusiya) uduzub – 0:1.

Futbolinfo.az xəbər verir ki, Polşa mətbuatı sözügedən oyunda iştirak edən oyunçuların performanslarını qiymətləndirib.

Azərbaycanlı hücumçu Mahir Emrelinin oyunu 3 balla qiymətləndirilib. Matça əsas heyətdə başlayan Emreli 72-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.

“Legiya”da ən yüksək xalı müdafiəçi Yuri Ribeyro və qapıçı Artur Boruts alıb. Onların performansı 5 balla qiymətləndirilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp