Futbol üzrə Azərbaycan kubokunun 1/8 finalında “Sabah”la qarşılaşacaq “Kəpəz” bu gün keçirdiyi son məşq ilə matçın hazırlığını başa vurub.

Futbolinfo.az xəbər verir ki, Gəncə klubu oyuna itkilərlə çıxacaq.

MOİK-ə qarşı son çempionat oyununda zədələnən Cavid İmamverdiyev komandaya kömək edə bilməyəcək.

Əvvəlki turlardan zədəli olan Nicat Verdiyev ilə Nihat Fərəci də qarşıdakı matçı buraxacaq. Gənc futbolçuların müalicəsi davam edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp