Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turundan təxirə salınan “Tottenhem” (İngiltərə) – “Renn” (Fransa) qarşılaşması keçirilməyəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
London təmsilçisində 8 futbolçu və 5 məşqçi koronavirusa yoluxduğu üçün matçın 31 dekabra qədər oynanılması mümkün olmayacaq. Görüşün taleyi ilə bağlı qərarı UEFA Nəzarət, Etika və İntizam Komissiyası verəcək.
Böyük ehtimalla İngiltərə təmsilçisinə texniki məğlubiyyət veriləcək. Belə olan halda “Tottenhem” G qrupunu 7 xalla üçüncü pillədə başa vuracaq və avrokuboklarla vidalaşacaq. Niderlandın “Vitess” klubu isə ikinci yerlə pley-offa yüksələcək.