Futbol üzrə Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Manisa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Namik də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Bursalıların yeganə qolunun müəllifi də məhz Ələskərov olub. O, 51-ci dəqiqədə rəqib qapısına yol tapsa da, komandası qələbə hesabını sonadək qoruya bilməyib.

“Bursaspor” 16 turdan sonra 18 xalla 19 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp