ABŞ-ın Milli Futbol Liqasında (MLS) 2021 mövsümün qalibi məlum olub.

Futbolinfo.az xəbər verir ki, final matçında “Portlend Timbres”i məğlub edən “Nyu York Siti” çempionatın qalibi olub.

Matçın əsas vaxtı 1:1 hesabıyla bitib. Əlavə vaxtda da hesab dəyişməyib və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Son zərbələrdə daha dəqiq olan “Nyu York Siti” çempion olub (4:2).

“Nyu York Siti” klub tarixində ilk dəfə MLS-də çempionluq yaşayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp