Sabah futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, futbol qurumu püşkdən öncə komandaları səbətlərə bölüb.

Azərbaycan təmsilçisi “Qarabağ” səpələnmişlər sırasında yer alıb. Səpələnmişlər səbətində olan komandalar pley-off mərhələsində ilk matçını səfərdə keçirəcək.

Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp