“Milan”ın hücumçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb.

Futbolinfo.az xəbər verir ki, isveçli hücumçu A Seriyasının 17-ci turunun “Udineze” ilə matçında (1:1) qol vurub.

Bu qol İbrahimoviçin 21-ci əsrdə TOP-5 çempionatlarında vurduğu 300-cü qolu olub.

İbrahimoviç 21-ci əsrdə vurulan qol sayında yalnız Kriştiano Ronaldo (483) və Lionel Messidən (475) geri qalır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp