Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.

Püşkatmada qrup ikincisi olmuş 8 klub və Çempionlar Liqasının qrup mərhələsini 3-cü yerdə başa vurmuş eyni sayda komanda iştirak edib. Avroliqa təmsilçiləri səpələnmişlər, ÇL-dən gələnlər isə səpələnməmişlər səbətində yer alıblar.

Pley-offda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzdilər. Səpələnmiş klublar ilk matçlarını 2022-ci il fevralın 17-də səfərdə oynayacaqlar. Cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.

Mərhələni adlayanlar Avropa Liqasının 1/8 finalında 8 qrup qalibinə qoşulacaqlar.

Avropa Liqası
Pley-off mərhələsi

Sevilya (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya)
Atalanta (İtaliya) – Olimpiakos (Yunanıstan)
Leypsiq (Almaniya) – Real Sosyedad (İspaniya)
Barselona (İspaniya) – Napoli (İtaliya)
Zenit (Rusiya) – Betis (İspaniya)
Borussiya (Dortmund, Almaniya) – Reyncers (Şotlandiya)
Şerif (Moldova) – Braqa (Portuqaliya)
Portu (Portuqaliya) – Latsio (İtaliya)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp