Polşanın “Legiya” komandasının baş məşqçisi Marek Qolebiyevski istefa verib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.

Xəbərdə, Qolebiyevskibin çempionatda “Visla”ya (Plotsk) məğlubiyyətdən (0:1) sonra istefa verdiyi bildirilib.

“Legiya” Polşa Ekstraklasasında sonuncu sıradadır.

“Legiya”da azərbaycanlı hücumçu Mahir Emreli çıxış edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp