Ukraynanın “Minay” klubunun futbolçusu Rüstəm Əhmədzadə karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı hücumçu “Qarabağ”la razılaşıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Azərbaycan milli komandasının da üzvü olan Rüstəmin “Minay”la artıq vidalaşdığı və qış transfer pəncərəsi dövründə “Qarabağ”la müqavilə imzalayacağı bildirilib.

Əhmədzadə Azərbaycan millisində 5 oyuna çıxıb. Onun “Minay”la 3 illik müqaviləsi olsa da, tərəflər bu keçidlə bağlı bütün məsələlərdə razılığa gəliblər. Gənc forvard yaxın günlərdə Bakıya gələcək və tibbi müayinədən uğurla keçəcəyi təqdirdə onunla rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, Əhmədzadə 2020-ci ilin iyulundan “Minay”da çıxış edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp