Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilə bir qrupda yer alan və yanvarın 22-də komandamızın rəqibi olacaq Gürcüstan yığması 4 yoxlama oyunu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, rəqibimiz dekabrın 16-da və 18-də Serbiya millisi ilə üz-üzə gələcək. Növbəti rəqib isə Qırğızıstan yığması olacaq. Bu komanda ilə görüşlər isə dekabrın 21-də və 22-də baş tutacaq.

Qeyd edək ki, bu oyunların hamısı Tiflisdə baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp