“Qarabağ”la matç çox çətin oldu. Hər iki tərəfin qol vurmaq üçün bir xeyli şansı var idi”. Bu sözləri futbolinfo.az-a açıqlamasında İsveçrənin “Bazel” klubunun qapıçısı Haynts Lindner deyib.

O, UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda “Qarabağ”a 3:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib: “Çox gözəl və maraqlı qarşılaşma alındı. Özümüzü qələbəyə layiq görürəm və düşünürəm ki, 3 xalı haqq edirdik. Çünki matçın daha çox hissəsini biz üstün keçirdik. 3 qol vurduq və başqa da epizodlarımız oldu”.

Lindner “Qarabağ”ın futbolçusu Abdulla Zubirin ikinci dəqiqədə vurduğu qoldan və hakimin topun qapı xəttini keçmədiyini işarə edərək matçı davam etdirməsinə də toxunub: “Matçdan sonra hamı gördü ki, həmin epizod qol idi. Hakim mərkəzi göstərməli idi. Amma oyun zamanı mən də topun xətti keçib-keçmədiyini görmədim. Hakim qol vermirsə, davam etməli idi. VAR və “goal line” texnologiyası yoxdursa, səhvlər bu texnologiyalar yaranmamışdan əvvəlki kimi olacaq. Yəni əvvəlki illərdə necə hakimlər belə səhvlərə yol verirdirsə, indi də bunun olması normal haldır”.

“Hakim “Qarabağ”ın qolunu saysaydı, nəticə fərqli olardı” sualına isə çərçivə qoruyucusu belə cavab verib: “Düşünürəm ki, həmin gün meydanda biz daha yaxşı idik. Yekunda da 3:0 hesablı qələbəyə sevindik. Heç kim bilmir ki, rəqibin erkən qolu sayılsaydı, sonradan nə baş verərdi. Hər halda oyunu çevirmək üçün kifayət qədər vaxtımız olardı. Amma “Qarabağ”a qarşı hər iki matç eyni ssenaridə keçdi, çətinlik çəkdik. Onlar çox yaxşı komandaya sahibdirlər. Biz bunu əvvəl də bilirdik, oyunda da gördük. Kim bilir, bəlkə bu turnirdə yenidən üz-üzə gələcəyik”.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp