Futbol üzrə İtaliya A Seriyasının 17-ci turu çərçivəsində keçirilən “Roma” – “Spetsiya” matçında xoşagəlməz hadisə yaşanıb.

Futbolinfo.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada romalı bir fanatın ürəyi dayanıb.

Həkimlər 23 yaşlı azarkeşə vaxtında müdaxilə edib. Onun həyatını defibrilyatorla xilas etmək mümkün olub və azarkeş xəstəxanaya aparılıb.

“Roma” – “Spetsiya” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp