Futbol üzrə Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Manisa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Keçiörengücü” 17 turdan sonra 18 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp